İnstitutda ixtisas fənnindən doktorluq imtahanı keçirilib Sentyabr 15, 2023 | 03:01 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunda  doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və “Kompüter elmləri” ixtisasları üzrə  5 iddiaçı iştirak edib.

Ümumiyyətlə, 2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına 13 nəfər müraciət etmişdir. Xarici dil imtahanından müvəffəqiyyətlə keçən 6 şəxs növbəti mərhələyə buraxılmış, onlardan 5-i isə fəlsəfə imtahanından məqbul nəticə əldə edərək ixtisas fənnindən doktorluq imtahanı vermək imkanı əldə etmişdilər. İxtisas üzrə imtahanının nəticələrinə əsasən 3 iddiaçı doktoranturaya qəbul olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı