E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemləri tədqiq olunur İyul 28, 2023 | 10:02 / Konfranslar, iclaslar

2023-cü ilin I yarısında İnformasiya Texnologiyaları İnstitutunda “E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusu üzrə e-elm və e-təhsilin inteqrasiyası sahəsində mövcud vəziyyətin araşdırılması və xarakterik problemlərin müəyyənləşdirilməsi, eləcə də Industry 4.0 platformasında e-elm və e-təhsilin inteqrasiyasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənməsi ilə bağlı analitik icmal hazırlanıb, model və təkliflər işlənilib.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 5 saylı şöbənin 2023-cü ilin yarımillik hesabatı müzakirə olunub. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev hesabatı təqdim edərək yarım il ərzində şöbədə e-elm və elmmetriya problemləri ilə bağlı elmi tədqiqatların aparıldığını bildirib.

Şöbə müdiri hesabat dövründə “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” dissertasiya işi üzrə aparılan elmi tədqiqatları diqqətə çatdırıb. R.Alıquliyev elmi müəssisələrin və tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işlənilməsi istiqamətində işlərin görüldüyünü, elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi indekslərinin müasir vəziyyətinin analiz olunduğunu qeyd edib.

R.Alıquliyev hesabat dövründə aparılan tədqiqatların nəticələrinin nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını deyib. Eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislərə dair məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı fikirlərini bölüşüb. Alim şöbənin fəaliyyətinin gücləndirilməsini, struktur bölməyə yeni kadrların təhkim olunmasını, beynəlxalq elmi jurnallarda prioritet elmi problemlərə dair məqalələrin çap etdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı