Mobil hesablama buludlarında proqram təminatlarının cloudletlər-də səmərəli yerləşdirilməsi üçün metod və alqoritm işlənilib İyul 26, 2023 | 10:37 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi 3 saylı şöbənin 6 ay ərzindəki elmi fəaliyyəti barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və  inkişaf  etdirilməsi istiqamətində tədqiqatların davam etdirildiyini söyləyib: “Yarım il ərzində “Mürəkkəb   bulud  sistemlərinin  intellektual   analizi  və  sintezi  problemləri” və “Industry 4.0   platformasında kiberfiziki  sistemlərin intellektual analizi və sintezi problemləri” üzrə tədqiqatlar aparılmışdır”.

R.Ələkbərov Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində mühüm nəticələrin əldə olunduğunu deyib. Bildirib ki, 6 ay ərzində bulud texnologiyalarının elmi-nəzəri problemləri, mobil hesablama buludlarında proqram təminatlarının (resursların) cloudlet-lərdə  səmərəli yerləşdirilməsi üçün metod və alqoritmin işlənməsi, bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri üçün mexanizmlərin işlənməsi, şəhər miqyaslı mobil şəbəkə mühitində cloudlet-lərin optimal yerləşdirilməsi metodunun işlənməsi ilə bağlı araşdırmalar aparılmışdır.

Şöbə rəhbəri mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi, kiber-fiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi, kiberinsidentlərin aşkarlanması və ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi, grid sisteminin yaradılmasında istifadə edilən proqram təminat vasitələrinin analizi, şəbəkə sistemlərinin və vasitələrinin səmərəli idarə edilməsi mexanizmlərinin işlənilməsi, superkompüterin enerji sərfiyyatında  meydana çıxan problemlər və onların həlli yolları ilə bağlı aparılan tədqiqatların nəticələrini də diqqətə çatdırıb.

Tanınmış elmi jurnallarda məqalələrin nəşri barədə məlumat verən R.Ələkbərov 6 ay ərzində 6 məqalənin hazırlandığını, onların “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq jurnallara təqdim olunduğunu bildirib. Həmçinin 7 tezisin rebublika və beynəlxalq səviyyəli konfranslara qəbul olunduğunu nəzərə çatdırıb.

Hesabata münasibətini bildirən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbədə aparılan tədqiqatların hər birinin aktual elmi problemlərə həsr olunduğunu, ölkənin milli maraqlarına xidmət etdiyini deyib, əməkdaşlara öz fəaliyyətlərini daha da gücləndirməyi tövsiyə edib. Alim həmçinin Azərbaycanda enerji infrastrukturunun sənaye 4.0 əsasında yenidən qurulması, təmin olunması, onun texnoloji və konseptual əsaslarının işlənilməsi, Radiasiya Təhlükəsizliyi Monitorinqi Sistemlərinin yaradılması, mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi istiqamətində tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı