İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur İyul 25, 2023 | 10:00 / Konfranslar, iclaslar

Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir. Hesabat dövründə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, kiber-fiziki sistemlərin kompleks təhlükəsizliyi, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması, süni intellekt texnologiyalarının riskləri və onların kiberdayanıqlılığı, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, süni immun sistemlərinin problemləri, eləcə də proses analitikası ilə bağlı araşdırmalar aparılıb, mühüm nəticələr əldə olunub.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev Elmi şuranın iclasında 2 saylı şöbənin 2023-cü il üzrə yarımillik hesabatını təqdim edərək, “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə kompüter şəbəkələrinin dərin təlim əsasında kibertəhlükəsizlik vəziyyətinin monitorinqi və qiymətləndirilməsi metodunun işlənildiyini, süni immun sistemləri və onların kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi perspektivləri, kompüter şəbəkələrinin kibertəhlükəsizlik vəziyyətinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi istiqamətində tədqiqatların davam etdirildiyini bildirib.

R.Şıxəliyev “Mürəkkəb bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə icra olunmuş işlərdən də bəhs edib. İntellektual bulud sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi üçün modellərin işləndiyini, mətn tipli informasiya resurslarında (e-mail, sosial şəbəkə və s.) kibertəhlükələr və onlarla mübarizə texnologiyalarının işlənilməsi və kibertəhdidlərin NLP əsaslı analizi üsulları ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

Onun sözlərinə görə, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları” mövzusunda elmi-tədqiqat işi çərçivəsində kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi risklərinin qiymətləndirilməsi metodunun işlənməsi, sosial təyinatlı kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyi anomaliyalarının dərin təlim əsasında aşkarlanması üzrə tədqiqatlar davam etdirilir.

Məruzəçi, həmçinin şöbədə “IoT infrastrukturunda kiberinsidentlərin intellektual analizi üçün metodların və alqoritmlərin işlənməsi”, “İnformasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün dərin təlim metodlarının və alqoritmlərinin işlənməsi”, “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metodlarının işlənməsi”, “Pilotsuz uçuş sistemlərinə qarşı olan kiberhücumların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, “Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün metod və alqoritmlərin işlənilməsi”, “Kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sosial sistemlərin kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərin kiberdayanıqlılığını qiymətləndirmək üçün metodların işlənməsi” və s. kimi aktual mövzularda aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb.

R.Şıxəliyev hesabat dövründə 15 məqalənin “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallara təqdim edildiyini, 4 məqalənin respublikanın Ali Attestasiya Komissiyasının siyahısına daxil olan jurnallarda çap olunduğunu söyləyib.

Beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi cari ildə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi və Almaniyanın Deggendorf Texniki Universiteti ilə əlaqələrin daha da inkişaf etdirildiyini nəzərə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, 2 saylı şöbənin rəhbəri, akademik Rasim Əliquliyev gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılmış tədqiqatların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı