İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayevanın ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib May 05, 2023 | 09:27 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva ekspertiza fəaliyyətinə görə sertifikata layiq görülüb.

Sertifikat tədqiqatçıya mayın 3-də Avropa Birliyinin Erasmus+ proqramının və DAAD təşkilatının maliyyə dəstəyi ilə Ukrayna Elm və Təhsil Nazirliyinin “Zaporizhzhia Polytechnic” Milli Universitetində “Kompüter modelləşdirilməsi və intellektual sistemlər” (Computer Modeling and Intelligent Systems, CMIS-2023) mövzusunda keçirilən 6-cı beynəlxalq konfransın redaksiya heyəti tərəfindən təqdim olunub.

Onlayn formatda təşkil olunan konfransın tədqiqat istiqamətlərini süni intellekt, obrazların tanınması, maşın təlimi, hesablama riyaziyyatı, neyron şəbəkələr, qeyri-səlis və hibrid sistemlər, intellektual optimallaşdırma və axtarış, biliklərə əsaslanan sistemlər, kompüter riyazi modelləşdirilməsi üsulları, verilənlərin intellektual analizi üsulları, qərarların dəstəklənməsi, siqnalların və təsvirlərin emalı, tibb və təhsildə İKT-nin tətbiqləri təşkil edir.

Qeyd edək ki, konfransın məruzələri Scopus və DBLP bazalarında indeksləşən CEUR Workshop Proceedings toplusunda onlayn nəşr ediləcək. Seçilmiş məqalələrin WoS bazasında indeksləşən “Radio Electronics, Computer Science, Control” jurnalında nəşri gözlənilir.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı