Bulud resurslarının cloudletlər-də optimal yerləşdirilməsi üçün yeni model təklif olunub Mart 27, 2023 | 03:59 / Yeni nəşrlər

Son illər İnternet şəbəkəsinə qoşulan mobil qurğuların sayının sürətlə çoxalması səbəbindən şəbəkənin yüklənməsi artır. Nəticədə bulud resurslarının (proqram təminatlarının) mobil istifadəçilərə çatdırılmasında böyük gecikmələr yaranır. Şəbəkədə yaranan gecikmələri aradan qaldırmaq üçün son illər sərhəd hesablama texnologiyalarından (edge, cloudlet, fog computing və s.) geniş istifadə edilir. Bulud resurslarını istifadəçilərə yaxın cloudletlər-də yerləşdirməklə, bu problemi həll etmək mümkündür.

Bu barədə “Mobil cloudletlər-də resursların yerləşdirilməsi üçün məhdudiyyətli k-means alqoritmi” (“Constrained k-means algorithm for resource allocation in mobile cloudlets”) adlı məqalədə məlumat verilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin həmmüəllifi olduqları məqalə Çexiya Elmlər Akademiyası İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutunun nüfuzlu “Kybernetika” jurnalında  dərc olunub.

Məqalədə bulud resurslarının cloudletlər-də optimal yerləşdirilməsi üçün klasterləşməyə əsaslanan model təklif edilib. Təklif olunan model bulud resurslarını cloudletlər-də optimal yerləşdirmək üçün istifadəçilərin aktivliyini, bulud resurslarının istifadə tezliyini, istifadəçilərlə bulud resursları arasındakı fiziki məsafəni, həmçinin cloudletlər-in yaddaş tutumunu nəzərə alır. Təklif olunan model məhdudiyyətli k-means metodu kimi formalizə edilmiş və onun həlli üçün alqoritm işlənmişdir. Alqoritm MATLAB2022a mühitində realizə edilmiş, eyni zamanda alqoritmin üstünlüyünü (işləkliyini) təsdiq edən ədədi eksperiment aparılmışdır. Eksperimentin və müqayisənin nəticələri göstərir ki, təklif olunan model digər modellərdən üstündür.

Qeyd edək ki, nüfuzlu “Web of Science” bazasına daxil olan “Kybernetika” jurnalı dünyada informasiya elmləri, statistik qərar qəbuletmə, tətbiqi ehtimal nəzəriyyəsi, qeyri-səlis məntiq və digər bu kimi istiqamətlərdə aparılan yüksək keyfiyyətli tədqiqatların nəticələrini dərc edir.

Jurnal, eyni zamanda “Scopus”, “Mathematical Reviews”, “Current Mathematical Publications”, “Current Contents ISI Engineering”, “Computing Technology”, “Zentralblatt MATH” və digər bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı