İnstitutda elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar aparılır Mart 25, 2023 | 01:34 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 5 saylı şöbənin 2023-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev planı təqdim edərək cari ildə şöbədə e-elm və elmmetriya problemləri ilə bağlı aparılan elmi tədqiqatların davam etdiriləcəyini bildirib, bu istiqamətdə “E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusu üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. R.Alıquliyev mövzu üzrə e-elm və e-təhsilin inteqrasiyası sahəsində mövcud vəziyyətin araşdırılması və xarakterik problemlərin müəyyənləşdirilməsi, eləcə də Sənaye 4.0 platformasında e-elm və e-təhsilin inteqrasiyasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənməsinin planlaşdırıldığını qeyd edib.

Şöbə rəhbəri həmçinin “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” və “Süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı üçün təkliflərin işlənməsi” mövzuları üzrə aparılacaq tədqiqatlar və bu tədqiqatlara dair nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda çap olunması nəzərdə tutulan məqalələr haqqında məlumat verib.

R.Alıquliyev şöbənin elmi-innovasiya fəaliyyəti və beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində cari ildə həyata keçiriləcək tədbirlərdən bəhs edib. O, xüsusən Avstraliya Federativ Universiteti, Melburn Kral Texnologiya İnstitutu, Derbi Universiteti və Ankara Universiteti ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin planlaşdırıldığını vurğulayıb.

Məruzəçi şöbədə cari ildə elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı, elmin populyarlaşdırılması və təbliği və s. ilə bağlı yerinə yetirilməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.

Daha sonra şöbəyə təhkim olunmuş magistrant, doktorant və dissertantların elmi fəaliyyətlərinin monitorinqi aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı çıxış edərək, şöbədə aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Akademik şöbədə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı