İnformasiya Texnologiyaları İnstitutunun 2023-cü il üzrə fəaliyyət planlarının müzakirəsinə başlanılıb Mart 06, 2023 | 03:53 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qurumun struktur bölmələrinin 2023-cü il üzrə fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş onlayn iclaslarına başlanılıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev açaraq rəhbərlik etdiyi qurumun fəaliyyət planlarının müzakirəsi çərçivəsində cari ildə şöbələrdə görüləcək işlər, aparılacaq elmi tədqiqatlar və həyata keçiriləcək layihələr barədə məlumatların veriləcəyini diqqətə çatdırıb.

Yeni şəraitdə institutun fəaliyyətinin zamanın tələblərinə uyğun qurulmasının əhəmiyyətindən danışan akademik R.Əliquliyev institutun qlobal elmi mühitə inteqrasiyası, əməkdaşların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, qarşıya qoyulmuş vəzifələrin şəffaf şəkildə müəyyən edilməsi və kadr potensialının artırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.

Alim hər bir əməkdaşa elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib. Baş direktor Azərbaycan Elm Fondunun elan etdiyi qrant müsabiqələrində, eləcə də “Horizon Avropa” proqramı və digər beynəlxalq layihələrdə yaxından iştirakın əhəmiyyətindən danışıb, alim və mütəxəssislərə bu kimi müsabiqələrdə layihə təklifləri ilə çıxış etməyi tövsiyə edib.

Akademik bu il şöbələrin fəaliyyət planları ilə bərabər, hər bir şöbə üzrə təhkim olunmuş magistrant, doktorant və dissertantların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılacağını da diqqətə çatdırıb. Akademik R.Əliquliyev hər bir əməkdaşı keçirilən iclaslarda fəal iştirak etməyə, dünya elminin çağırışlarına cavab verən, multidissiplinar tədqiqatlarla məşğul olmağa çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı