Akademik Rasim Əliquliyev: “Yeni nəsil jurnalistlərin hazırlanmasında IV Sənaye İnqilabının texnoloji çağırışları nəzərə alınmalıdır” Mart 06, 2023 | 05:16 / Müsahibələr, çıxışlar

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin geniş tətbiqi, eləcə də yeni məzmunda informasiyaların meydana gəlməsi jurnalistlərin və media qurumlarının daha rəqabətqabiliyyətli olmasını, zamanla ayaqlaşmasını tələb edir. Bu baxımdan Azərbaycanın ali məktəblərində “Jurnalistika” ixtisası üzrə təhsilin məzmununun yenilənməsinə ciddi ehtiyac vardır.  

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AR Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda ölkəmizdə jurnalistika sahəsində kadr hazırlığı ilə bağlı bəzi problemlərə diqqət çəkib, eyni zamanda bir sıra təkliflər irəli sürüb.

Akademik Rasim Əliquliyev jurnalistika fakültələrində beynəlxalq təcrübəni nəzərə alaraq, tədris olunan fənlərin monitorinqinin aparılması, müasir dövrün tələblərinə cavab verən, yeni bilikləri tədris edən kafedraların yaradılması, eləcə də texnoloji və innovativ biliklərin daşıyıcısı olan yeni nəsil jurnalistlərin yetişdirilməsinin zəruriliyini önə çəkib.

Alimin fikrincə, ölkəmizdə jurnalistika ixtisası üzrə doktorantura təhsili həyata keçirilsə də, bu ixtisas üzrə dissertasiya müdafiəsinin olmaması və tədqiqatlara müvafiq elmi dərəcənin verilməməsi ciddi problemlərdən biridir.

AMEA-nın vitse-prezidenti jurnalistika üzrə magistratura səviyəsində “Elm jurnalistikası” ixtisasının yaradılmasının vacib olduğunu qeyd edib: “Bu, elmi bilikləri cəmiyyətə operativ və dolğun şəkildə çatdırmaq qabiliyyətinə malik, eyni zamanda IV Sənaye İnqilabının çağırışlarına adekvat jurnalistlərin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Akademik, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun “Azərbaycan KİV sistemində yeni medianın formalaşması və konvergensiyası prosesi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi”, “Süni intellektə əsaslanan jurnalistikanın formalaşması problemləri” və digər problemlər üzrə aparılan multidissiplinar tədqiqatlara da dəstək verdiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı