“Sabahın alimləri” XII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb Fevral 16, 2023 | 02:19 / Konfranslar, iclaslar

15 fevral 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və BP Azərbaycan şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə elm və təhsil naziri cənab Emin Əmrullayev çıxış edərək iştirakçıları təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzu edib.

Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr təqdim ediləcək.

Bağlanış mərasimində Elm və Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti  iştirak ediblər. Tədbirdə, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları iştirak ediblər. 

edu.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı