Vikipediyada professor Əsgər Abdullayevin həyat və yaradıcılığı ilə bağlı məlumatlar zənginləşdirilib Fevral 06, 2023 | 09:49 / Mühüm hadisələr

Dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada ölkəmizdə avtomatik idarəetmə nəzəriyyəsi və neft-qaz sənayesinin avtomatlaşdırılması sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayev haqqında məqalənin Azərbaycan və rus dili versiyaları yenilənib, həmçinin alimlə bağlı ingilis dilində yeni məqalə yaradılıb. Bu işlərə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən dəstək verilib.

Artıq oxucular SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR əməkdar mühəndisi, SSRİ Nazirlər Soveti Mükafatı laureatı, professor Əsgər Abdullayevin həyatı, əmək, eləcə də elmi və elmi-pedaqoji fəaliyyəti haqqında Azərbaycan, ingilis və rus dillərində geniş, mötəbər məlumatlar əldə edə bilərlər.

Qeyd edək ki, bu ilin yanvar ayında professor Əsgər Abdullayevin 95 yaşı tamam olmuş və bununla bağlı yubiley konfransı keçirilmişdir.

Professor Əsgər Abdullayev haqqında ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

az.wikipedia.org

en.wikipedia.org

ru.wikipedia.org

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı