İnstitutun gəncləri “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda iştirak ediblər Fevral 03, 2023 | 11:41 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi Aysən Fərəcova və şuranın üzvü Əyyub Əliyev “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda iştirak edib.

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Azərbaycanda hər il müxtəlif sahələri təmsil edən gənclərə dövlət əhəmiyyətli vəzifələrin həvalə olunması, onların mükafatlandırılması davamlı şəkil alıb.

Akademik İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin daim gənclərə xüsusi önəm verməsinin, magistrant və doktorantların təqaüdlərinin hər il artırılmasının nəticəsidir ki, bu gün bütün sahələrdə olduğu kimi, elm sahəsində də gənclərin sayı artmağa doğru gedir: “Gənc alimlərimiz dövlətin siyasətini daim dəstəkləyir, magistrant və doktorantların təqaüdlərinin hər il artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər. Azərbaycançılıq, milli qürur, vətənpərvərlik duyğularını yüksəkdə tutan Akademiyanın gənc alimləri də bu vəhdəti dərindən dərk edir, ölkə reallıqlarını beynəlxalq tədbirlərin tribunalarından bəyan edir, elmimizi uğurla təmsil edirlər”.

AMEA-da çalışan gənc alimlər üçün Akademiya mükafatının təsis edilməsinin qərara alındığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hər il “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb. AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən etibarən 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda gənclərin AMEA-nın elmi və ictimai həyatında daha fəal iştirakının təmin edilməsi istiqamətində təklif və tövsiyələr səsləndirilib, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı