“Elsevier” nəşriyyatı Azərbaycan aliminin elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib Yanvar 17, 2023 | 02:43 / Mühüm hadisələr

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Engineering Applications of Artificial Intelligence” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Engineering Applications of Artificial Intelligence” jurnalında süni intellektin tətbiq olunduğu sahələri əhatə edən fundamental elmi tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

Jurnalın əsas elmi istiqamətlərinə Əşyaların İnterneti və kiber-fiziki sistemlər, intellektual nəqliyyat sistemləri və smart avtomobillər, Böyük verilənlər analitikası, mürəkkəb şəbəkələr, neyron şəbəkələri, qeyri-səlis sistemlər, qeyri-səlis neyron sistemləri, dərin təlim, təkamül alqoritmləri, sürü intellekti, bioloji əsaslı meta-evristik alqoritmlər, multi-agent əsaslı idarəetmə, idarəetmə nəzəriyyəsi və sənaye informatikası, proqram mühəndisliyinin aspektləri: intellektual proqramlaşdırma mühiti, süni intellekt əsaslı proqramların verifikasiyası və validasiyası və s. aiddir.

Engineering Applications of Artificial Intelligence” jurnalı aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 7.802
Source Normalized Impact per Paper (SNIP): 2.301
CiteScore: 11.0
SCImago Journal Rank (SJR): 1.734

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı