İnstitutun gənc tədqiqatçıları “Horizon” Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumatlandırma günündə iştirak ediblər Yanvar 16, 2023 | 04:24 / Konfranslar, iclaslar

Yanvarın 13-də AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Avropa Komissiyasının gənc tədqiqatçılar üçün nəzərdə tutulan “Horizon” Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumatlandırma günündə iştirak ediblər.

Tədbirdə AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon” Avropa proqramı üzrə klasterlər, prioritetlər, gözlənilən nəticələr, maliyyə imkanları və proqrama müraciət haqqında ətraflı məlumat verib, gənc tədqiqatçları beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırıb.

“COST proqramı və Azərbaycan alimləri üçün imkanlar” mövzusunda məruzə ilə Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə milli əlaqələndirici şəxs, AR Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov çıxış edib. O, bildirib ki,  COST proqramının əsas vəzifəsi Avropanın elmi və texnoloji çağırışlarına cavab vermək qabiliyyətini artırmaq məqsədilə tədqiqatçılara şəbəkələşmə imkanları təqdim etməkdir. 45 ilə yaxındır ki fəaliyyət göstərən bu proqram Azərbaycan alimlərinin Avropa ölkələrindən olan həmkarları ilə əməkdaşlıq əlaqələri qurması üçün böyük imkanlar açır.

İ.Hümbətov COST-un üstünlükləri, bu proqramda iştirak qaydaları, mövcud layihələr və onlara müraciət yolları, Azərbaycan mütəxəssislərinin son illərdə əldə etdiyi nailiyyətlər barədə də ətraflı məlumat verib.

Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov çıxış edərək proqramın əsas məqsədindən bəhs edib. Bildirib ki, təqaüd proqramı istedadlı gənclərin öz bilik və təcrübələrini bölüşmələri, elmi nailiyyətlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkan yaradır.  Z.Həsənov “Horizon” çərçivəsində yeniliklər, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları və onlara müraciət qaydaları haqqında da danışıb.

Tədbirdə, həmçinin Azərbaycanın gənc alim və mütəxəssislərinin “Horizon” proqramlarında iştirakı ilə bağlı ətraflı məlumat diqqətə çatdırılıb.

Yekunda “Horizon” proqramı üzrə seminar və təlimlərin mütəmadi olaraq fərdi və kollektiv formalarda keçirilməsi təklif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı