İnformasiya Texnologiyaları İnstitutunun magistraturasında qış imtahan sessiyasına start verilib Yanvar 09, 2023 | 03:15 / Mühüm hadisələr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda qış imtahan sessiyasına start verilib.

Belə ki, yanvarın 6-da institutun I və II kurs magistrantları “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda I kurs üzrə 5, II kurs üzrə isə 7 magistrant öz biliklərini sınayıb.

İnstitutun magistraturasında növbəti imtahanların 11, 23, 27 və 31 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qış imtahan sessiyası AMEA-nın prezidentinin 21 dekabr 2022-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı