İnformasiya Texnologiyaları İnstitutu humanitar və sosial elmlər sahəsində aparılan multidissiplinar tədqiqatlara dəstək verir Yanvar 06, 2023 | 12:14 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatı zamanı bu barədə məlumat verib.

Akademik AMEA-nın müvafiq elmi müəssisələri, eləcə də ölkənin bir neçə ali məktəbi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlıq çərçivəsində institutun dəstəyilə İnternet folklorun formalaşması, milli transliterasiya və milli onomastika, intellektual e-kitabxanaların yaranması,  Azərbaycanda informatikanın formalaşması tarixinin araşdırılması, süni intellektə əsaslanan jurnalistikanın formalaşması, İKT-nin riyaziyyat və fizika fənlərinin tədrisində tətbiqi və s.  mövzularda multidissiplinar tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, institutda sosial medianın konvergensiyası, sosial media resurslarının monitorinqi və qiymətləndirilməsi, tədrisdə kompüter oyunlarının tətbiqi problemləri ilə bağlı aparılan tədqiqatlar da multidissiplinar xarakter daşıyır.

“Əsas məqsədimiz humanitar-sosial elmlər sahəsində aparılan araşdırmalara İKT dəstəyi verməkdir”, – deyən akademik institutun hər bir şöbəsinin müvafiq istiqamətlərdə həyata keçirilən tədqiqatlarda fəal iştirak etdiklərini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı