Azərbaycan aliminin yüksək impakt faktorlu jurnalda dərc edilmiş məqaləsinin əhəmiyyətini nəzərə alaraq məqalədən bir sıra illüstrasiyalar redaksiya heyəti tərəfindən seçilərək jurnalın üz qabığında əks etdirilmişdir Dekabr 30, 2022 | 12:43 / Yeni nəşrlər

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın yüksək impakt faktorlu “CAAI Transactions on Intelligence Technology” jurnalında dərc olunan “Xəstələrin Səhiyyə 4.0 infrastrukturundakı demoqrafik məlumatları üzərindən qurulmuş Əşyaların İnternetinə əsaslanan səhiyyə sistemi” (Internet of Things based healthcare system on patient demographic data in Health 4.0) adlı məqaləsinin əhəmiyyətini nəzərə alaraq həmin məqalədən bir sıra illüstrasiyalar redaksiya heyəti tərəfindən seçilmiş və həmin jurnalın üz qabığında əks etdirilmişdir.

Azərbaycan aliminin yüksək impakt faktorlu jurnalda dərc edilmiş məqaləsinin əhəmiyyətini nəzərə alaraq məqalədən bir sıra illüstrasiyalar redaksiya heyəti tərəfindən seçilərək jurnalın üz qabığında əks etdirilmişdir

“Xəstələrin Səhiyyə 4.0 infrastrukturundakı demoqrafik məlumatları üzərindən qurulmuş Əşyaların İnternetinə əsaslanan səhiyyə sistemi” (Internet of Things based healthcare system on patient demographic data in Health 4.0) adlı məqalədə Əşyaların İnternetinə əsaslanan intellektual səhiyyə sisteminin arxitekturası verilib. Təklif edilmiş yanaşma pandemiya şəraitində pasiyentlərdə xroniki xəstəliklərin erkən mərhələdə aşkarlanmasını, COVID-19 virus infeksiyasının effektiv diaqnostikasını həyata keçirir.

Məqalə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi “CAAI Transactions on Intelligence Technology” jurnalı süni intellekt sahəsində 145 impakt faktorlu jurnal arasında 25-ci mövqedə qərarlaşıb və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 7.985

Source Normalized Impact per Paper (SNIP): 2.297

CiteScore: 10.0

SCImago Journal Rank (SJR): 1.548

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı