İnstitutun aparıcı elmi işçisi “Elsevier” nəşriyyatı tərəfindən sertifikata layiq görülüb Dekabr 27, 2022 | 04:13 / Mühüm hadisələr

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Geoenergy Science and Engineering” (Geoenergetika Elmləri və Mühəndisliyi) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Geoenergy Science and Engineering jurnalının əsas elmi istiqamətlərinə dayanıqlı enerji istehsalı, karbonun əldə edilməsi, sərfiyyatı və saxlanılması, geotermal enerji, hidrogen istehsalı, daşınması və saxlanması, yeraltı qaz anbarları, enerji sənayesində süni intellekt, maşın təlimi və verilənlərin intellektual analizi üsullarının tətbiqi, davamlı karbohidrogen kəşfiyyatı və hasilatı daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı