Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunur Dekabr 14, 2022 | 03:12 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 9 saylı şöbənin 2022-ci il üzrə hesabatını təqdim etdi. Alim cari ildə şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri üzrə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənməsi” və “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə alqoritmləri” mövzularında tədqiqatların aparıldığını bildirdi.

R.Alıquliyev bölünməyə əsaslanan klasterləşdirmə alqoritmlərinin, sıxlığa əsaslanan klasterləşdirmə alqoritmlərinin, iyerarxiyaya əsaslanan klasterləşdirmə alqoritmlərinin, klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli analizi, eləcə də plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənməsi ilə bağlı elmi araşdırmaların davam etdirildiyini söylədi.

Onun sözlərinə görə, şöbədə “E-ticarətdə fırıldaqçılığın aşkarlanması üçün bəzi metodların R proqramlaşdırma mühitində müqayisəli təhlili”, “Qazlift quyularının istismarında qismən periodik rejimlər üçün alqoritmlərin işlənməsi”, “Virtual mühitdə informasiya resurslarından istifadənin qiymətləndirilməsi metod və alqoritmlərinin işlənməsi” mövzularına həsr olunmuş elmi tədqiqatlar da davam etdirilir.

“Hesabat ili ərzində tanınmış elmi jurnallarda 19 məqalə çap olunmuşdur ki, bunlardan 10-u nüfuzlu “Web of Science”, 12-si “Scopus” elmi bazasına daxildir”, – deyə şöbə rəhbəri bildirdi. Aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 13 tezisin respublika və beynəlxalq səviyyəli konfranslarda müzakirə edildiyini nəzərə çatdırdı.

Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini bildirdi. Qeyd etdi ki, bu elmi qurumun alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.

Alim şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 563, son 5 ildə 3577, ümumilikdə isə 5868 istinadın qeydə alındığını söylədi.

Həmçinin qeyd etdi ki, son 3 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universiteti və Niderlandın “Elsevier” nəşriyyatı tərəfindən hazırlanmış ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir.

O, şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. barədə də məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirdi. Şöbədə xüsusilə gənc alimlərin aktual problemlər üzrə apardıqları elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.

Elmi şuranın qərarı ilə şöbənin illik hesabatı qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı