Tədris-İnnovasiya Mərkəzinin illik fəaliyyəti müzakirə olunub Dekabr 09, 2022 | 03:11 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2022-ci il üzrə illik hesabatı müzakirə olunub.

Hesabatı təqdim edən Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşr olunması və s. haqqında ətraflı məlumat verib.

Məruzəçi elmi-tədqiqat işlərindən bəhs edərək bildirib ki, hesabat ilində şöbədə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində “Sənaye 4.0 platformasında fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi”,  “Jest dilinin tanınması sistemlərinin analizi”, eləcə də “İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzuları üzrə tədqiqatlar davam etdirilib.

Həmçinin “İKT-nin tətbiqi ilə beynəlxalq standartlara əsaslanaraq Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsinə dair tövsiyələrin işlənilməsi”, “Azərbaycan Respublikasında “Elmi kadrlar” informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” mövzularında araşdırmalar aparılıb.

Sonra elmi-innovasiya və elmi-pedaqoji fəaliyyət çərçivəsində görülmüş işlərdən söz açan R.Mahmudova bildirib ki, cari il ərzində Bakı Biznes Universiteti, eləcə də Azərbaycan Dövlət  Gömrük Komitəsinin Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirilib. Bakı Biznes Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında universitetin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə müvafiq istiqamətlər üzrə fənlərin tədrisi və onların biliklərinin sertifikatlaşdırılmasına dair müqavilə imzalanıb.

R.Mahmudova elmi-texniki konfranslarda iştirak, beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən işlər barədə də məlumat verib, şöbə əməkdaşlarının elmmetrik göstəricilərini diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Mərkəzin illik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üçün hesabatı qəbul edilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı