İnstitutun gənc tədqiqatçıları “Avropa Açıq Elm Buludu” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər Dekabr 08, 2022 | 10:23 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərov Çexiyanın Praqa şəhərində “Avropa Açıq Elm Buludu” (European Open Science Cloud – EOSC) mövzusunda keçirilən “EOSC 2022” beynəlxalq simpoziumunda iştirak ediblər. Gənc tədqiqatçılar beynəlxalq tədbir çərçivəsində keçirilən təlim və plenar iclaslarda EOSC-un məqsəd, xidmət və vəzifələrinə dair keçirilən müzakirələrdə öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, eyni zamanda, AzScienceNet elm kompüter şəbəkəsinin Avropanın Açıq Elm Buludu layihəsində iştirakı məsələsinə baxılıb. Bildirilib ki, AzScienceNet şəbəkəsinin EOSC mühitinə inteqrasiyası tədqiqatçılarımızın beynəlxalq elm aləmində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq. EOSC-un alim və mütəxəssislərə elmi biliklərin qorunub saxlanması, idarə edilməsi və təhlili məqsədilə təklif etdiyi açıq xidmətlər yeni, innovativ biliklərin formalaşmasına təkan verəcək.

Qeyd edək ki, dünyanın müxtəlif dövlət təşkilatlarından, ali təhsil və elmi-tədqiqat mərkəzlərindən 500-dən çox nümayəndənin qatıldığı simpoziumda Avropa və onun hüdudlarından kənarda EOSC-nin əsas nailiyyətləri və strateji çağırışları, eləcə də müvafiq sahədə prioritetlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı