Akademik Rasim Əliquliyev: “Cəmiyyətdə kiberdayanıqlılıqla bağlı kompleks problemlər mövcuddur” Dekabr 01, 2022 | 05:33 / Mühüm hadisələr

Son zamanlar dünyada gedən proseslər, hibrid, kiber, informasiya, texnoloji və çip müharibələri, “yaşıl cəmiyyət”in formalaşması, iqlim dəyişikliyi, təbii fəlakətlər, enerji, ərzaq və ekoloji təhlükəsizlik kimi qlobal problemlər kontekstində elmi ictimaiyyətin nümayəndələri tərəfindən əsas prioritetlər faktiki olaraq müəyyənləşdirilib. Kibertəhlükəsizlik sahəsində uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması, onların internetdə zərərli kontentdən qorunması, kibertəhlükəsizlik mədəniyyətinin formalaşması və digər bu kimi bir sıra ciddi problemlər mövcuddur.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib.

AMEA-nın vitse-prezidenti bu problemlər sırasında kiberdayanıqlılıq məsələlərinin də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, informasiya resurslarının təhlükəsizliyi ilə yanaşı, texnoloji sistemlərin, kritik infrastrukturların, nəqliyyat infrastrukturunun, enerji sistemlərinin, “ağıllı şəhər”lərin, bir sözlə sensorlara əsaslanan bütün texnologiyaların kiberdayanıqlılığı dedikdə, təhlükələrin mahiyyəti, növü və mənbəyindən asılı olmayaraq, müvafiq texnologiyaların funksionallığını təmin etmək üçün kompleks təhlükələrə qarşı mübarizəni özündə əks etdirən yeni bir anlayış nəzərdə tutulur. İstər iqtisadi, istər sosioloji, istərsə də texnoloji sistemlərin, bütövlükdə cəmiyyətin kiberdayanıqlılıqla bağlı kompleks problemləri mövcuddur ki, artıq institutda aparılan elmi tədqiqatlarda bu mövzuya xüsusi diqqət yetirilir, gələcək üçün yeni vəzifələr müəyyənləşdirilir, müvafiq sahədə kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanılır.

AZƏRTAC

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı