Azərbaycan alimlərinin birgə məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib Dekabr 02, 2022 | 03:41 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları “Sosial media verilənlərində DDoS hücumların proqnozlaşdırılması üçün təkmilləşdirilmiş LSTM və CNN modelləri” (“The improved LSTM and CNN models for DDoS attacks prediction in social media”) adlı məqalə ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən “IGI Global” nəşriyyatının redaksiya heyəti tərəfindən seçilərək “Xidmətdən İmtina Hücumları ilə Mübarizə üzrə Tədqiqatlar Antologiyası (Research Anthology on Combating Denial-of-Service Attacks) kitabına daxil edilmişdir. Antologiya informasiya sistemlərinin iş prosesinə mane olan kiberhücumların qarşısının alınması və onlarla mübarizə üçün müdaxilələrin aşkarlanması sistemlərinin yaradılması sahəsində təklif edilmiş müasir yanaşmaları tədqiq edir.

Kitabda kibertəhlükəsizliyin tətbiqi səviyyə protokolları, botnetlərin identifikasiyası, kiberhücumlar, verilənlər bazalarının təhlükəsizliyi, paylanmış xidmətdən imtina hücumları (DDoS), hakerlik, hücumların aşkarlanması sistemləri, zərərli proqramların aşkarlanması, şəbəkə administratorluğu, VPN təhlükəsizliyi, veb-təhlükəsizlik kimi sahələrdə aparılan tədqiqatların nəticələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı