Akademik Rasim Əliquliyev GEANT-ın Baş Assambleyasının iclasında iştirak edib Dekabr 01, 2022 | 09:24 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Niderlandın paytaxtı Amsterdamda GEANT Assosiasiyasının Baş Assambleyasının 28-ci iclasında iştirak edib. Hər il olduğu kimi, bu il də tədbirə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən olan rəsmi nümayəndələr qatılıb.  

Tədbirdə GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, həyata keçirilən layihələr, o cümlədən GEANT İnnovasiya Proqramı ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Müasir dövrdə yaranmış qlobal risklər kontekstində elm və təhsil üzrə milli şəbəkə infrastrukturlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, milli şəbəkə infrastrukturlarının qlobal risklərdən asılılığı, onların istifadəçilərinin texnoloji biliklərinin artırılması, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

İclasın gündəliyinə həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlıq əlaqələrinin inkişafı, bu ölkələrdə fəaliyyət göstərən superkompüter texnologiyaları mərkəzlərinin imkanları, hazırda formalaşmaqda olan ifrat yüksək sürətə malik terabit şəbəkələrinin qurulması, şəbəkə infrastrukturunun gücləndirilməsi və kvant internet texnologiyalarından istifadə ilə bağlı məsələlər daxil olub.

Tədbir çərçivəsində GEANT Assosiasiyasına üzv olan digər ölkələrlə iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi də aparılıb. Akademik R.Əliquliyev həmin ölkələrin müvafiq qurumlarının məsul şəxsləri ilə birgə elmi fəaliyyət və əməkdaşlıq perspektivlərinə dair müzakirələrdə iştirak edib.

İclasda Azərbaycanın növbəti ildə Albaniyanın paytaxtı Tiranada keçirilməsi nəzərdə tutulan “TNC 2023” konfransında təmsil olunması, ölkəmizin Avropanın Açıq Elm Buludu (European Open Science Cloud) layihəsində iştirakı və digər məsələlərə də baxılıb.

Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı