İnstitutun gənc tədqiqatçıları Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış ediblər Noyabr 30, 2022 | 09:14 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova və institutun elmi işçisi Səadət Abdullayeva noyabrın 23-24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən “Doktorantların və Gənc Tədqiqatçıların XXV Respublika Elmi Konfransı”nın  (NASCO XXV) bölmə iclaslarında məruzə ilə çıxış ediblər.

S.Zalova konfransda “Süni intellekt texnologiyalarının inklüziv jurnalistikaya tətbiqi” mövzusunda məruzəsini təqdim edib. O, süni intellekt texnologiyalarının jurnalistikaya tətbiqinə dair mövcud vəziyyət və inklüziv cəmiyyətin formalaşmasında jurnalistikanın rolu, Azərbaycanda inklüziv jurnalistikanın fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının jurnalistikaya tətbiqi fiziki məhdudiyyətli insanların informasiya ilə təmin olunması üçün geniş imkanlar yaradır. Məruzədə həmçinin İKT-nin jurnalistikaya tətbiq olunmasının perspektivləri və yarada biləcəyi problemlər barədə məlumat verilib. 

S.Abdullayeva isə “Azərbaycanda internet-medianın monitorinqinin inkişaf perspektivləri” mövzusunda məruzəsində internet-media vasitələrində monitorinq sistemlərinin tətbiqinin media qurumlarının fəaliyyətinin ən müasir tələblərə uyğun idarə olunmasına şərait yaratdığı, ölkəmizdə media mühitinin sağlamlaşdırılmasına xidmət edən əsas amillərdən biri olduğunu qeyd edib. Məruzədə ölkəmizdə internet-media resurslarının monitorinqi xidmətləri təklif edən şirkətlər haqqında məlumat verilib, o cümlədən ölkəmizdə media resurslarının milli statistika mexanizmlərinin işlənilməsinin vacibliyi vurğulanıb. 

S.Abdullayeva həmçinin medianın müasir vəziyyətinin qiymətləndirilməsi, ölkənin bütün media strukturlarının fəaliyyətinin koordinasiyası, internet-media mühitində media vasitələrinin rəqabət qabiliyyətinin artırılması ilə bağlı təkliflər irəli sürüb.

Hər iki əməkdaş elmi konfransda məruzə ilə çıxış etdiklərinə görə  sertifikarta layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı