İnstitutun əməkdaşı beynəlxalq jurnalda çap olunmuş elmi məqaləsinə görə sertifikata layiq görülüb Noyabr 21, 2022 | 11:20 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 2022-ci ildə çap olunan Verilənlərin klasterləşməsi əsasında Elektron dövlət buluduna olan paylanmış xidmətdən imtina hücumlarının aşkarlanması üsulu (“Distributed denial of service attack detection in E-government cloud via data clustering”) adlı elmi məqaləsinə görə Niderland Krallığında fəaliyyət göstərən “Elsevier” nəşriyyatında dərc olunan “Array” jurnalının redaksiya heyəti tərəfindən nəşr sertifikatına layiq görülüb.

Məqalədə elektron dövlət buluduna olan paylanmış xidmətdən imtina hücumlarının effektiv klasterləşməsini həyata keçirən üsul təklif edilib. Qeyd olunub ki, üsul verilənlərin klasterləşdirilməsinin effektivliyini artırmaq üçün əlamətlərin optimal seçilməsindən istifadə edir. Aparılan eksperimentlər zamanı təklif edilən metodların klasterləşdirmə nəticələri mövcud metodların klasterləşdirmə nəticələrindən bütün metrikalar üzrə yüksək olub. İşdə təklif edilmiş sistem buludun həm daxili, həm də xarici infrastrukturunda quraşdırıla bilir. Bu isə hücumları buludun xarici şəbəkəsində, eyni zamanda daxili fiziki şəbəkəsində və ya hipervizorlar arasında virtual şəbəkədə aşkarlamağa imkan verir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant № EİF-BGM-4-RFTF-1/2017–21/08/1) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “Array” jurnalı kompüter elmləri kateqoriyasında 231 jurnal arasında 3-cü mövqedə qərarlaşıb. “Scopus” elmi bazasında indeksləşən jurnalın CiteScore indeksi 25.2-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı