İnstitutda yaşıl transformasiyalarla bağlı aparılan tədqiqat işləri müzakirə olunub Noyabr 10, 2022 | 04:35 / Konfranslar, iclaslar

Xəbər verdiyimiz kimi, noyabrın 2-də Bakıda BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları” təşəbbüsü çərçivəsində “Azərbaycanda yaşıl transformasiya” mövzusunda beynəlxalq konfrans keçirilib.  Konfransda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev də iştirak edib.

İnstitutun 6 saylı şöbəsinin növbəti elmi seminarında həmin konfransın nəticələrinin və şöbədə yaşıl transformasiyalarla bağlı aparılan tədqiqat işləri müzakirə olunub.

Əvvəlcə i.e.d. Əlövsət Əliyev konfrans haqqında məlumat verib. O qeyd edib ki, “konfransda Azərbaycanın “yaşıl enerji”, “yaşıl inkişaf” ilə bağlı layihələrin həyata keçirilməsini öz üzərinə götürdüyü diqqətə çatdırılıb. 2030-cu ilə qədər həyata keçiriləcək həmin öhdəliklərin “yaşıl enerji” balansında mühüm əhəmiyyət daşıdığı, Azərbaycanın BMT-nin bəşəriyyətin gələcəyi ilə bağlı layihələrində yaxından iştirak etdiyi bildirilib.

Şöbə müdirinin sözlərinə görə, tədbirdə ölkəmizə müvafiq sahədə dəstəyin göstərilməsində biliklərin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, o cümlədən innovativ həllərin tətbiqinin asanlaşdırılmasının vacibliyi vurğulanmış, konfransın bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəflər arasında mühüm platforma rolunu oynadığı qeyd olunmuşdur.

İ.e.d. Ə.Əliyev onu da bildirib ki,  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “təmiz ətraf mühit” və “yaşıl inkişaf” ölkəsi kimi prioritetlər qeyd edilmişdir.

Sonra konfransın fəaliyyət nəticələri üzrə çıxış edən şöbə əməkdaşı Südabə Abasova qeyd edib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də ölkəmiz üçün milli prioritet olaraq seçilmiş 119 göstəricinin 16-sının yaşıl inkişafla birbaşa əlaqəli olduğunu nəzərə alaraq deyə bilərik ki, “Azərbaycanda yaşıl transformasiya” konfransı bu baxımdan olduqca əhəmiyyətli tədbirdir. O, xatırladıb ki, tədbir həm də ölkəmizin “yaşıl inkişaf ilə bağlı göstəriciləri” üzrə inkişafı izləmək və bu istiqamətdə inkişafın əldə edilməsi üçün təkliflərin verilməsi baxımından vacib rol oynayır.

S.Abbasova beynəlxalq konfransda tədqim olunan məruzələr və aparılan müzakirələr haqqında da ətraflı məlumat verib. Azərbaycanda yaşıl transformasiyanı sürətləndirmək üçün yeni yolların müəyyən edilməsi, ölkəmizin yaşıl inkişaf göstəriciləri və yaşıl DİM-lər üzrə inkişafının təhlilinin əsas nəticələri və yaşıl transformasiyanın sürətləndirilməsi, o cümlədən yaşıl DİM-lərə nail olunması perspektivləri ilə bağlı məruzələrin təqdim olunduğunu söyləyib.

Məruzəçi qeyd edib ki, tədbirin yekun xülasəsində növbəti addım kimi Azərbaycanda yaşıl transformasiya fəaliyyəti üzrə birgə öhdəliyin qəbul edilməsi, eləcə də “DİM Dialoqları” təşəbbüsü üzrə təkliflərin verilməsi qərara alınıb. Həmçinin 6-18 noyabr 2022-ci ildə Misirdə COP-27 (Tərəflərin konfransı) konfransının keçiriləcəyi, tədbirdə Misirin yaşıl transformasiyalar üzrə təcrübəsinin müzakirə olunacağı bildirilib.

Daha sonra seminarda institutda yaşıl transformasiyalarla bağlı aparılan tədqiqat işləri haqda geniş məlumat verilib və həmin tədqiqatlara dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı