Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib Oktyabr 28, 2022 | 04:13 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 23-28 iyul 2023-cü il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək Mobil Rabitənin Layihələndirilməsi, İstismarı və Qiymətləndirilməsi üzrə IV Beynəlxalq Konfransın (MOBILE 2023) proqram komitəsinin üzvü seçilib.

MOBILE 2023 konfransında istehlakçılar, sənaye müəssisələri, təşkilatlar və hökumətlər üçün mobil texnologiyaların və tətbiqlərin istismarı, qiymətləndirilməsi və seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Konfrans akademik dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçılar üçün yeni ideyaları, ən son tədqiqat töhfələrini müzakirə etmək, eləcə də mobil rabitə ilə bağlı cari təcrübələri təqdim etmək üçün platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransın materialları nüfuzlu “Springer” nəşriyyatında dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı