İnstitutun struktur bölmələrində illik hesabata hazırlıq işləri görülür Oktyabr 18, 2022 | 02:22 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında qurumun struktur bölmələrinin 2022-ci il üzrə hesabatlarının keçirilməsinə hazırlıq işləri haqqında məlumat verib.

R.Əliquliyev bildirib ki, institutun struktur bölmələrinə 2022-ci ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb. 

Cari il üzrə hesabatların yeni şərait və reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğulayan akademik institutun hər bir əməkdaşının bu prosesdə yaxından iştirak etməsinin vacib olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı