Elmi şuranın iclasında bir sıra mühüm məsələlər müzakirə olundu Oktyabr 14, 2022 | 04:54 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirildi. 

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasda institutun struktur bölmələrinin 2022-ci il üzrə hesabatlarının keçirilməsinə hazırlıq, tapşırıqların icra vəziyyəti, institutun magistraturası, doktorantura və dissertanturaya qəbulun nəticələri, institutun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsi və qrant layihələrində iştirak, eləcə də digər məsələlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırdı.

Daha sonra iclasda institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olundu, tapşırıqlara əsasən, şöbələrdə müxtəlif problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair fikir mübadiləsi aparıldı.

Akademik R.Əliquliyev Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirərək son zamanlar ölkəmizdə elm sahəsində həyata keçirilən məqsədyönlü islahatların elmi-nəzəri fəaliyyətin gücləndirilməsini daha da zəruri etdiyini bildirdi. Akademik ölkə rəhbərliyinin elmimizin inkişafı ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün institutda həyata keçirilən tədbirlərdən bəhs etdi. Bununla əlaqədar olaraq, aktual problemlərin aşkarlanması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin dünyanın nüfuzlu jurnallarında çap olunmasının institut qarşısına mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdırdı. İnstitutun baş direktoru şöbələrin fəaliyyətinin daha səmərəli, elmi əsaslarla təşkilinin vacib məsələlərdən olduğunu qeyd etdi.

R.Əliquliyev institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, uğurlu elmi nəticələrin əldə olunması üçün dünyanın nüfuzlu beynəlxalq bazalarından istifadə və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində aparılan işlərin sürətləndirilməsinin vacibliyindən danışdı. İnstitut əməkdaşlarının fəaliyyətinin elmmetrik göstəricilər əsasında qiymətləndirilməsinin əhəmiyyətindən bəhs edən akademik mütəmadi olaraq hər bir şöbə üzrə icra və əmək intizamına daha ciddi riayət edilməsini tövsiyə etdi.

Elmi şuranın iclasında həmçinin ali təhsil müəssisələri ilə bağlanmış əməkdaşlıq müqavilələri, institut əməkdaşlarının iştirak etdiyi və nəzərdə tutulan ezamiyyətlər, Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı, institutda ictimaiyyətlə əlaqələr üzrə işlərin təşkili, institutun yeni atributlarının hazırlanması, 2022-ci ildə fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almış əməkdaşlar və digər məsələlərə dair müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı