AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın biblioqrafik göstəricisi nəşr olunub Oktyabr 12, 2022 | 03:16 / Yeni nəşrlər

AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın həyat və fəaliyyətinə dair mənbələri özündə əks etdirən biblioqrafik göstərici nəşr olunub.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan, alimin 70 illik yubileyinə həsr olunmuş kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru isə Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır.

Biblioqrafik göstəricidə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri – kitab, elmi məqalələr, çap olunmuş məruzələr, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. haqqında geniş məlumatlar yer almışdır.

Yeni nəşrdə həmçinin AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın elmi və pedaqoji fəaliyyəti haqqında qısa oçerk öz əksini tapmışdır.

Kitab informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, gənc tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı