İnstitutun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək Oktyabr 10, 2022 | 11:53 /

29 noyabr - 02 dekabr 2022-ci il tarixlərində Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində təşkil olunacaq “XI Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2022) çərçivəsində “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Forumun keçirilməsində əsas məqsəd superkompüter texnologiyalarının yaradılması və tətbiqi ilə bağlı müzakirələr aparmaq, hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyəti, əldə olunmuş nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.

Konfransa tezis qəbulu üçün son tarix 16 oktyabr 2022-ci ildir.

Daha ətraflı məlumatı nscf.ru saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı