AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq simpoziumun elmi komitəsinin üzvü seçilib Oktyabr 10, 2022 | 10:02 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Verilənlər Elmi  və Statistika” mövzusunda beynəlxalq simpoziumun (International Symposium on Data Science And Statistics) elmi komitəsinin üzvü seçilib.

Simpozium 2 noyabr 2022-ci il tarixində Türkiyənin Ege Universitetinin Elm fakültəsinin Statistika departamenti tərəfindən təşkil olunacaq. Onlayn tədbirdə “Qeyri-müəyyənlik şəraitində ən yaxşı qeyri-səlis məntiqə əsaslanan proqnozlaşdırma modelinin seçilməsi”, Statistika üsullarından istifadə etməklə istehsalda maşın təlimi modellərinin monitorinqi”, “Verilənlər elmi təhsili və etik problemlər” mövzularında məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı