Neft laylarının tarixinin uyğunlaşdırılması problemini təkmilləşdirmək üçün dərin təlimi modeli işlənilib Oktyabr 06, 2022 | 10:12 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Dərin neyron şəbəkələrindən istifadə edərək neft laylarının tarixi uyğunluğu” (“History matching of petroleum reservoirs using deep neural networks”, DOI: https://doi.org/10.1016/j.iswa.2022.200128) adlı məqalə nüfuzlu “Intelligent Systems with Applications” jurnalında dərc olunmuşdur.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.

SOCAR qrant layihəsi çərçivəsində hazırlanmış məqalədə neft laylarının tarixinin uyğunlaşdırılması problemini təkmilləşdirmək üçün dərin təlimi modeli işlənilmişdir. Təklif olunan yanaşma iki rezervuar modelində qiymətləndirilmişdir: PUNQ-S3 və Volve field. Təklif olunan yanaşmanın effektivliyini yoxlamaq üçün orta kvadratik kök xətası (RMSE), R2 və orta mütləq xəta (MAE) hesablanır. Nəticələr göstərir ki, təklif olunan model neft yataqlarının mürəkkəb geoloji xüsusiyyətlərini səmərəli şəkildə öyrənməyə imkan verir və layların modelləşdirilməsi üçün ekspert sistemlərində istifadə edilə bilər.

Qeyd edək ki, “Intelligent Systems with Applications” jurnalı “Scopus” və “DOAJ” beynəlxalq elmi bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı