AzSciencenNet-in EduGAİN xidmətinə üzvlüyü təsdiq olunub Sentyabr 22, 2022 | 09:16 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin EduGAIN interfederasiyası xidmətinə üzvlüyü təsdiq edilib. Üzvlüyün təsdiqi səsvermə nəticəsində məlum olub. Səsvermədə ümumilikdə 52 nəfər iştirak edib. AzSciencenNet-in üzvlüyü 46 nəfərin səsverməsi ilə  təsdiqlənib.

EduGAIN interfederasiya xidməti qlobal tədqiqat və təhsil icması üçün məzmuna, xidmətlərə və resurslara çıxışı asanlaşdıraraq, bütün dünyada identiklik federasiyalarını birləşdirir. EduGAIN 8000-dən çox identiklik və xidmət provayderini birləşdirən 70-dən çox iştirakçı federasiyasından ibarətdir.

Xatırladaq ki,  1-5 iyul 2019-cu il tarixlərində LITNET-in (Litvanın tədqiqat və təhsil şəbəkəsi) nümayəndələri tərəfindən AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin bir qrup əməkdaşına “İdentifikasiya federasiyasının qurulması və inkişaf etdirilməsi” mövzusunda treninq keçirilmişdir. Treninqin keçirilməsində məqsəd standartlar, həllər və arxitekturlara dair əsasların tədrisi, müvafiq proqram təminatı və arxitekturun seçilməsi, yerli federasiyaların qurulması, EduGAIN xidmətinə qoşulma və EduRoam xidmətinin quraşdırılmasına dəstək göstərmək idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı