Rəqəmsal innovasiya texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın yaşıllaşdırılması məsələləri araşdırılır Sentyabr 19, 2022 | 01:04 / Konfranslar, iclaslar

“Yaşıl” iqtisadiyyat davamlı inkişafa çatmaq vasitəsilə inkişafa gedən yoldur. Bu iqtisadi elm istiqaməti ətraf mühitin bir hissəsi kimi çıxış edir. İqtisadiyyatın diversifikasiyasına, dünyada olduğu kimi Azərbaycanda da “yaşıl” texnologiyaların tətbiqinə, “yaşıl iqtisadiyyat”ın inkişafına nail olmaq hazırda ölkə üçün zəruri məsələlərdəndir.”

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev və şöbənin əməkdaşı Leyla Əkbərovanın həmmüəllifliyi ilə hazırlanmış “Rəqəmsal innovasiya texnologiyalarının tətbiqi  ilə iqtisadiyyatın yaşıllaşdırılması  məsələləri” adlı məruzədə məlumat verilib.

Məruzəni təqdim edən L.Əkbərova qeyd edib ki, davamlı inkişafa əsaslanan yeni iqtisadi sistem ekoloji, iqtisadi və sosial inkişaf problemlərinin aradan qaldırılmasına kömək edəcək. Bildirib ki, “yaşıl” iqtisadiyyat iqtisadi inkişafı təşviq etmək və yeni iş yerləri yaratmaq üçün təbii ehtiyatların, enerji və yeni texnologiyaların təmiz istehsal üsulları ilə istifadə edilməsini nəzərdə tutur.

O, “yaşıl” iqtisadiyyata keçidin səbəbləri, prinsip və şərtləri barədə danışaraq 10 əsas prinsipin mövcud olduğunu diqqətə çatdırıb, bunlara istehlakın və keyfiyyətin üstünlüyünün, sənaye cəmiyyətinin seqmentləşməsinin əksi olan zəriflik və çoxfunksiyalılığın, müxtəlifliyin, eləcə də ətraf mühitin, landşaftın və məkanın strateji rolunun və s. aid olduğunu söyləyib.

Sonra məruzəçi rəqəmsal innovasiya texnologiyalarının tətbiqi  ilə “yaşıl” iqtisadiyyatdan “yaşıl” innovativ iqtisadiyyata keçid haqqında söhbət açıb: “Yaşıllaşdırma istiqamətində bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür. Hazırda dünya informasiya kommunikasiya texnologiyaları (İKT) sənayesi özünün yaşıl texnologiyalar əsasında yenilənməsinə və istehsalına ciddi önəm verir. Bu sahədə müvafiq elmi tədqiqatlar aparılılır, layihələr icra olunur, yaşıl texnologiyalar işlənilir”.

L.Əkbərova “yaşıl” iqtisadiyyata keçid üzrə modellərin işlənilməsi kriteriyaları, rəqəmsal innovativ texnologiyaların tətbiqi ilə “yaşıl” iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi məsələlərinə də toxunub. Onun sözlərinə görə, bu prosesdə ətraf mühitin qorunması səviyyəsi, ekoloji bərpa xərcləri, sənaye-məişət və e-tullantıların emalı səviyyəsi, İKT-nin yaşıllaşmaya təsir indeksi, elm-təhsil-texnologiya indeksi və s. əsas götürülür.

Sonda o, Yer kürəsində həyatın qorunmasının, uzunmüddətli inkişafının təmin edilməsinin insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb etdiyini bildirib, bunlara ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellekt və s. aid olduğunu əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı