Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçiriləcək Sentyabr 13, 2022 | 02:35 / Konfranslar, iclaslar

28-29 sentyabr 2022-ci il tarixlərində saat 10:00-da JW Marriott Absheron Baku” hotelində (ünvan: Bakı şəh., Azadlıq, 674) “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) keçiriləcək.

Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.

Tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı