İnstitut əməkdaşları NATO-nun post kvantum kriptoqrafiyası üzrə təlim kursunda iştirak ediblər Sentyabr 13, 2022 | 02:00 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – baş mütəxəssislər Oqtay Ələkbərov və  Səməd Dursunov, eləcə də mühəndis Fuad Əhmədov 5–11 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzi (TÜBİTAK-BİLGEM) tərəfindən keçirilmiş “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu”nda iştirak ediblər.

Kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunub, mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilib.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı