Pandemiya şəraitində ağciyərlərdə pnevmoniyanın effektiv təyini ilə bağlı mühüm nəticələr əldə olunub Sentyabr 12, 2022 | 09:31 / Yeni nəşrlər

Pandemiya şəraitində COVID-19 xəstəliyinin diaqnostikasında Chest X-ray şəkilləri (Döş qəfəsinin rentgenoqrafiyası) mühüm rol oynayır. Lakin tibbi şəkil təsvirlərində COVID-19 xəstəliyinin neqativ və ya pozitiv olmasını müəyyən etməkdə başlıca problemlərdən biri klassifikasiya modellərinin səhv aşkarlama xətalarına çox yol vermələridir.

“Diagnosis of pneumonia in the lungs in the conditions of the COVID-19 pandemic using ensemble learning methods” (COVID-19 pandemiyası şəraitində ağciyərlərdə pnevmoniyanın diaqnostikası üçün effektiv ansambl təlim üsullarının işlənməsi) adlı məqalədə bu barədə məlumat verilmişdir. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın və institutun doktorantı Süleyman Süleymanzadənin həmmüəllifi olduqları məqalə İsveçrənin “International Journal of Reasoning-based Intelligent Systems” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində COVID-19 xəstəliyi üzrə Chest X-ray şəkil təsvirlərini uyğun COVID-19 və Normal siniflərə dəqiq təyin edə bilən sistem təklif edilmişdir. Təklif edilmiş sistem iki hissədən ibarətdir: 1) şəkillərdən əlamətlərin çıxarılması modulu; 2) şəkillərin klassifikasiyasını həyata keçirən ansambl təlim modulu. Sistemin mövcud üsullarla müqayisəli analizini aparmaq üçün çoxsaylı eksperimentlər aparılmışdır və təklif edilmiş klassifikasiya modelinin və əlamətlərin çıxarılması üsulunun əvvəlki metodlardan üstünlüyü göstərilmişdir. Eksperimentlər nəticəsində model COVID-19 xəstəliyi ilə nişanlanmış şəkilləri Normal şəkillərdən dəqiq fərqləndirə bilmişdir. Ansambl təlimi kimi Bagging, Pasting və AdaBoost strategiyaları istifadə edilmişdir.   

Məqalə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “International Journal of Reasoning-based Intelligent Systems” jurnalı Scopus, Compendex, DBLP və digər beynəlxalq bazalarda referatlaşır və indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı