Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli işlənilib Sentyabr 02, 2022 | 12:27 / Yeni nəşrlər

Mobil hesablama buludlarında (MHB) son dövrlərdə mobil istifadəçilərin sayının sürətlə artması, bulud serverlərin uzaqda olması və İnternet şəbəkəsinin yüklənməsi emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələrə səbəb olur.

Bu barədə “Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli” (“An Optimization Model for Task Scheduling in Mobile Cloud Computing”) adlı məqalədə bəhs olunur. Məqalə nüfuzlu “International Journal of Cloud Applications and Computing” (IJCAC) jurnalında nəşr olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun  müəllifi olduğu tədqiqatda qeyd olunub ki, mobil qurğularda  resurs qıtlığını, enerji sərfiyyatını və əlaqə kanallarında yaranan  gecikmələri aradan qaldırmaq üçün hesablama buludlarının uzaqda yerləşən serverlərini istifadəçiyə yaxın yerləşdirmək lazım gəlir. Əlaqə kanallarında gecikmələri və mobil qurğularda enerji sərfiyyatını azaltmaq üçün cloudlet əsaslı mobil hesablama buludlarından geniş istifadə edirlər.

İstifadəçilərin tətbiqi proqramlarının cloudlet çoxluğunda sürətlə yerinə yetirilməsini təmin edən ən uyğun cloudletin seçilməsi hələ də böyük bir problemdir. Məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın tipi) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan cloudletin seçilməsi strategiyası təklif edilmişdir.

Eyni zamanda, məqalədə məsələnin istifadəçiyə yaxın cloudletdə həlli məsələnin cloudletə yüklənməsi, nəticənin istifadəçiyə çatdırılması və şəbəkədə gecikmə vaxtlarının azaldılması da göstərilmişdir. İstifadəçilərin proqram təminatlarının cloudlet şəbəkəsində balanslı paylanmasının gecikmələrin azaldılmasını təmin etməsi qeyd olunmuşdur.

Məqalədə təklif edilən strategiya üçün mobil qurğularda enerji sərfiyyatını, məsələnin cloudletə yüklənməsi, nəticələrin əldə edilməsi, şəbəkədəki gecikmələrin azaldılmasını təmin edən və cloudletlərin yüklənmə dərəcəsini nəzərə alaraq tətbiqi proqramların cloudletlərdə optimal paylanmasının riyazi modeli təklif edilmişdir.

Məlumat üçün bildirək ki, “International Journal of Cloud Applications and Computing” jurnalı INSPEC, SCOPUS və s. kimi nüfuzlu bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı