İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayevanın elmi ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib Avqust 17, 2022 | 02:22 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Wiley” nəşriyyatının “CAAI Transactions on Intelligence Technology” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi bu jurnalın impakt faktoru 7.985-ə bərbərdir və dünyada süni intellekt sahəsində dərc olunan jurnalların Q1 sinfinə daxildir.

Yüksək impakt faktora malik olan “CAAI Transactions on Intelligence Technology” jurnalında süni intellekt texnologiyalarının  fundamental elmi-nəzəri və praktik problemlərinə həsr olunmuş yüksək keyfiyyətli məqalələr dərc olunur.

Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” jurnalı süni intellekt sahəsində 145 impakt faktorlu jurnal arasında 25-ci mövqedə qərarlaşıb və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 7.985

Source Normalized Impact per Paper (SNIP): 2.297

CiteScore: 10.0

SCImago Journal Rank (SJR): 1.548

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı