İnformatika sahəsində tanınmış alim Ramin Mahmudzadə vəfat edib Avqust 09, 2022 | 09:00 / Mühüm hadisələr

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə 87 yaşında dünyasını dəyişib.

Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olan R.Mahmudzadə informatikanın inkişafına əhəmiyyətli töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.

 

Respublika üzrə məktəblərarası informatika olimpiadalarının əksəriyyətində münsiflər heyətinin sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.

O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.

Tanınmış alim 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından mərhum alimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyirik!

Tanınmış alim və səmimi insan Ramin Mahmudzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı