İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə sertifikata layiq görülüb İyul 20, 2022 | 11:22 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə AbdullayevaElsevier” nəşriyyatının “Internet of Things” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Jurnal Əşyaların İnterneti və Kiber-fiziki İnsan Sistemləri (IoT & Cyber Physical Human Systems) sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlıq yaradır. Nəşrdə Əşyaların İnterneti və Kiber-fiziki İnsan Sistemləri sahəsində fundamental elmi tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

“Internet of Things” jurnalının əsas elmi istiqamətlərinə aşağıdakılar daxildir:

  • IoT layında abstraksiyalar, formalizmlər və semantika yaratmaq üçün yeni formal metodların işlənməsi;
  • IoT-un təhlükəsizlik, etibarlılıq və məxfilik problemlərinin tədqiqi;
  • Cihaz üçün minimal əməliyyat sistemini təmin edən proqram təminatının işlənməsi;
  • IoT-un digər proqram layları ilə təhlükəsiz bağlantı yaratmasının təmin edilməsi;
  • IoT üçün təhlükəsiz proqram təminatı layihələrinin işlənməsi;
  • IoT-un enerji, nəqliyyat, istehsal və sənaye, biznes, marketinq və maliyyə, ekologiya, səhiyyə sahələrinə tətbiqi;
  • “Ağıllı şəhər”lər, nano IoT, bioloji IoT, kimyəvi IoT;
  • IoT-un siyasi, sosial və hüquqi məsələləri.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı