Neft yatağının kern təsvirləri əsasında fasiyaların avtomatik təyini ilə bağlı mühüm nəticələr əldə olunub İyul 08, 2022 | 12:13 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Neft yatağının kern təsvirləri əsasında fasiyaların avtomatik təyini” (“Automatic facies detection based on oilfield core images”, DOI: https://doi.org/10.1080/10916466.2022.2094954) adlı məqalə nüfuzlu “Petroleum Science and Technology” jurnalında dərc olunmuşdur.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru, dosent Yadigar İmamverdiyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.

SOCAR qrant layihəsi çərçivəsində hazırlanmış məqalədə neft quyusunun rəqəmsal təsvirlərindən fasiyaların avtomatik aşkarlanması və identifikasiyası üçün maşın təlimi metodu işlənmişdir. Bu yanaşma yerli ikili şablon (local binary pattern, LBP) və yönümlü qradientlərin histoqramı (histogram of oriented gradients, HOG) xüsusiyyətlərini əsas fotoşəkillərdən qumdaşı, kömür, şist və aliflorid aşkar etmək üçün dərin konvolyusiya neyron şəbəkəsi xüsusiyyətləri ilə birləşdirir. K-ən yaxın qonşular, dəstək vektor maşını və təsadüfi meşə metodu klassifikatorlar kimi qəbul edilmişdir. Təklif olunmuş HOG+LBP+DenseNet+RF modeli neft quyusunun kerndən süxur tipini effektiv şəkildə təyin etdi.

Qeyd edək ki, “Petroleum Science and Technology” jurnalı aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 1.268

5-Year Impact Factor: 1.292

Source Normalized Impact per Paper (SNIP): 0.499

CiteScore: 3.00

SCImago Journal Rank (SJR): 0.288

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı