Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin riyazi modelləşdirilməsinə həsr olunmuş məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub İyun 16, 2022 | 04:25 / Yeni nəşrlər

Dünyanın nüfuzlu “Инфоpмационные технологии” jurnalında çap olunmuş yeni məqalədə terminləşmə və de-terminləşmə prosesləri təhlil olunmuş, bu proseslər arasında sıx qarşılıqlı əlaqənin mövcudluğu müəyyənləşdirilmişdir. Terminlərin say dinamikasının riyazi modelləşdirilməsi təsvir olunmuşdur.

“Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin riyazi modelləşdirilməsi” adlı məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və institutun böyük elmi işçisi Əfruz Qurbanovadır.

Tədqiqat çərçivəsində milli terminoloji informasiya sistemində baş verən terminoloji proseslər riyazi qanunauyğunluqlar əsasında formalaşdırılmış və sistemin ümumi analizi üçün bu proseslərin təzahür formaları üzə çıxarılmışdır.

Qeyd edək ki, nəzəri və tətbiqi elmi-texniki “Инфоpмационные технологии” jurnalı dünyanın tanınmış “Web of Science” elmi bazasına daxildir.  Jurnalda kompüter qrafikası, proqramlaşdırma metodları, informasiya təhlükəsizliyi, hesablama sistemləri və digər mövzularda məqalələr təqdim olunur. Həmçinin mühəndislik, iqtisadiyyat, tibb və təhsil sahələrində müasir informasiya texnologiyalarının tətbiqi və inkişafı istiqamətində aparılan tədqiqatların nəticələri öz əksini tapır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı