AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilib İyun 16, 2022 | 09:38 / Konfranslar, iclaslar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdən öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova gənclərlə dəyirmi masa ətrafında qeyri-rəsmi görüşüb, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətindən bəhs edib. Bu gün gənclərin ölkənin elmi, ictimai və digər sahələrində aparıcı qüvvə olduğunu vurğulayan akademik qeyd edib ki, AMEA-nın bir çox gənci xarici ölkələrin nüfuzlu universitetlərində, elm mərkəzlərində öz təhsil və elmi işlərini uğurla davam etdirir. Akademik Azərbaycan elminin sürətlə inkişaf etdiyini, bu sahədə ciddi islahatların aparıldığını, qabaqcıl texnologiyaların tətbiq olunduğunu, müasir dövrdə Azərbaycan elminin qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıb.

Sonda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqamətində öz məsləhətlərini bölüşüb, gənclərə elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

Məruzələrdən sonra Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova və gənc alimlər müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və dahi alim, akademik Cəlal Əliyevin məzarını Fəxri xiyabanda ziyarət edib, ruhlarını ehtiramla yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı