Azərbaycan alimi GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclasında iştirak edib İyun 13, 2022 | 04:43 / Konfranslar, iclaslar

İyunun 13-də GEANT Assosiasiyasının e-səhiyyə işçi qrupunun iclası keçirilib. İtaliyanın Triest şəhərində hibrid formada təşkil olunmuş tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Assosiasiyanın səlahiyyətli nümayəndəsi Mario Reale ötən dövr ərzində işçi qrupun fəaliyyəti, aparılan tədqiqatların, icra edilən layihələrin nəticələri haqqında məlumat verib, bugünkü iclasın böyük maraq doğuran tədqiqatların müzakirəsinə həsr olunduğunu vurğulayıb.  

Sonra tədbirdə  “The EHDS and EU DGA. Sharing eHealth data. Data Valley White Paper”, “Towards a European Sovereign Health Data Space”, “Digital ecosystem for women’s & children’s health: experimentation of a certified platform for advanced telemedicine” və digər mövzularda aparılan tədqiqatların nəticələri təqdim olunub.

Hər bir çıxış ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak edərək məruzəçilərə onları maraqlandıran sualları ünvanlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı