İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri tədqiq olunur İyun 07, 2022 | 10:21 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsində “İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri və inkişafı problemləri” mövzusunda məruzə dinlənilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Nuranə Xosuzadə innovasiyaya və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında beynəlxalq və yerli bazarlara yüksək keyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, startapların, yüksək texnologiya parklarının, elmi-texnoloji və innovativ elm-sənaye texnoparklarının yaradılmasının mühüm rol oynadığını bildirib.

Texnoparkların əsas fəaliyyət istiqamətlərindən bəhs edən məruzəçi onun innovasiya sahibkarlığının inkişafı, ən yaxşı elmi-texniki nailiyyətlərin mənimsənilməsi, əhalinin yüksək həyat səviyyəsinin təminatı, xarici ölkələrdə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil, mədəniyyət, ticarət sahələrində elmi-texnopark strukturları ilə əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması üzrə tədbirlərin görülməsi kimi istiqamətlərini qeyd edib.

Texnoparkların innovativ, elm və biznes şəbəkəsinin yaradılması, innovativ fəaliyyət üçün şəraitin hazırlanması, biliyin toplanması və innovativ yönümlü layihələrdə, müasir İT şəbəkələrinin tətbiqi və s. kimi fəaliyyət xüsusiyyətləri olduğunu diqqətə çatdıran N.Xosuzadə texnoparkların yaradılmasının əsas məqsədlərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, sənaye-texnoloji parkları yeni məhsul və texnologiya istehsalı üçün istehsal sahələrini, binaları, qurğu və avadanlıqları müvəqqəti istifadəyə verməklə kommersiya fəaliyyətləri ilə məşğul olurlar. Məruzəçi sənaye parkları ilə yanaşı müəyyən coğrafi ərazidə olmaqla, bir-birindən asılı sahələrin inkişafına kömək edən və qarşılıqlı əlaqədə olan müəssisələrin birgə fəaliyyəti nəticəsində formalaşan arealların yaradıldığını da bildirib. N.Xosuzadə əlavə edib ki, texnopolislərin məqsədi mümkün texniki-texnoloji mərkəzləri vahid yüksək texnoloji infrastruktur mühitində birləşdirmək və daha yüksək innovativ nəticələrin alınmasına nail olmaqdır.

“Rəqəmsallaşma rəqəmsal texnologiyalar, veb-proqramlar, müəssisə resurslarının planlaşdırılması, robototexnika və süni intellektdən istifadə etməklə müəssisələr üçün yeni məhsuldarlıq artımı imkanları təqdim edir”,  - deyə bildirən məruzəçi texnopark  strukturlarının səmərəli fəaliyyəti üçün yerinə yetirilməli olan tələblər barədə də ətraflı məlumat verib.

İnnovasiya texnoparklarının formalaşdırılması problemlərini kompleks şəkildə təhlil etmək və onun IV Sənaye İnqilabının tələblərinin tətbiqi ilə idarə olunmasının zəruriliyinə toxunan N.Xosuzadə blokçeyn texnologiyalarının inkişafı və yeni şəbəkə kriptovalyutalarının meydana gəlməsinin beynəlxalq pul-maliyyə münasibətlərində bir çox sosial-iqtisadi dəyişmələrə səbəb olacağını vurğulayıb.  

Məruzəçinin sözlərinə görə, texnoparkların səmərəli fəaliyyəti üçün müvafiq idarəetmə sistemi, təşkilati-iqtisadi struktur yaradılmalı, innovativ elm-sənaye texnoparklarının perspektiv inkişaf istiqamətləri beynəlxalq səviyyəyə uyğun şəkildə müəyyənləşdirilməli, onun fəaliyyət modeli və effektiv informasiya təminatı sistemi işlənilməlidir.

N.Xosuzadə çıxışının sonunda texnoparkların fəaliyyətinin səmərəli idarə edilməsində İKT nailiyyətlərindən istifadənin əhəmiyyyətindən bəhs edib. Qeyd edib ki, rəqəmsal iqtisadiyyatda və innovativ elm-sənaye texnoparklarının səmərəli fəaliyyətində IV Sənaye İnqilabının tələblərinin nəzərə alınması və onun müvafiq texnologiyalarının tətbiqi iqtisadi inkişafın yüksəlməsinə geniş imkanlar yaradacaq və  effektivlik səviyyəsini artıracaq.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı