İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayevanın elmi ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib May 31, 2022 | 10:23 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Array” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan “Array” jurnalında kompüter elmləri sahəsində fundamental elmi tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur. “Array” jurnalının əsas elmi istiqamətlərinə süni intellekt, maşın təlimi və robototexnika, kompüter sistemləri və arxitekturaları, kompüter görməsi, nitqin və şablonların tanınması, idarəetmə və siqnalların emalı, kibertəhlükəsizlik, sənaye mühəndisliyi, tibbi informatika və biotibb mühəndisliyi, proqram mühəndisliyi, nəzəri kompüter elmi daxildir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı