İqtisadiyyatın rəqəmsallaşdırılması infrastrukturunun formalaşması və idarə olunması məsələləri araşdırılır May 27, 2022 | 02:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Şöbənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İqtisadiyyatın rəqəmsallaşdırılması infrastrukturunun formalaşması və idarə olunması məsələləri” mövzusunda məruzəsini təqdim etdi.

Alim IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının komponentlərinin iqtisadiyyatın rəqəmsallaşdırılmasında tətbiqi, strateji yol xəritələrində, sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyasının mühüm məsələlərdən olduğunu bildirdi. Qeyd etdi ki, İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı İnternet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (Government Cloud), “Böyük məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City), “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir.

İKT sektorunun infrastruktur və institusional formalaşma problemlərindən söz açan Ə.Əliyev söylədi ki, İKT əsasında rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafında e-biznes, e-ticarət, e-kommersiya və rəqəmsal iqtisadiyyat, cəmiyyətin sosial əsası olan texnologiyalara istiqamətlənmiş biliklər, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, inkişaf etmiş elm, təhsil-tədris sistemi və əhalinin rifah səviyyəsinin yüksəlməsi, cəmiyyətin siyasi əsası olan e-seçki, e-hökumət və e-demokratiya texnologiyaları və s. mühüm rol oynayır.

Onun sözlərinə görə, sosial-iqtisadi fəaliyyət sferasında İKT-nin rolunun artırılması, səhiyyə, təhsil və maliyyə sahələrinin rəqəmsallaşdırılması, iqtisadiyyatın bir çox sahələrinin rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı, sosial mühitdə rəqəmsal texnologiyaların istifadəsinin genişləndirilməsi, e-təhsil, e-səhiyyə, e-kitabxana, e-mədəniyyət, e-ticarət, e-idarəetmə sahələrində infrastruktur və institusional imkanların inkişaf etdirilməsi, eləcə də virtual mühitdə istehsal, istehlak, bölgü, mübadilə və s. kimi iqtisadi münasibətlərin həyata keçirilməsi səviyyəsinin artırılması, qərarların qəbul edilməsində cəmiyyət üzvlərinin fəal iştirakının təmin edilməsi və s. İKT sahəsinin inkişafının əsas istiqamətlərindəndir.

Alim, həmçinin İKT-nin inkişaf indeksini xarakterizə edən göstəricilər sistemi, rəqəmsal iqtisadiyyatın xüsusiyyətləri, onun formalaşma mərhələləri, tərkib elementləri, formalaşmasının texniki və texnoloji problemləri, inkişaf səviyyəsinin ölçülməsi üzrə beynəlxalq tədqiqatlar və s. haqqında məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.

“İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası ölkə qarşısında duran prioritet məsələlərdəndir. Müasir dövrdə süni intellekt və robotlaşdırma, İKT, Big Data, Əşyaların İnterneti (Internet of Things – IoT), kosmos və s. kimi yüksək texnoloji sektorların inkişaf etdirilməsi əsas məqsədlərdən hesab olunur. İKT sektorunun infrastruktur və institusional formalaşma problemlərinin həlli, onun inkişaf potensialının innovativ istiqamətlərinin formalaşdırılması da göstərilən problemin həllində müsbət nəticələrin alınmasına gətirib çıxara bilər. Ümumi daxili məhsulda onun payının artmasına nail olmaq üçün müvafiq infrastrukturun formalaşması, effektiv idarə olunması və rəqəmsal texnologiyaların hərtərəfli tətbiqinə şərait yaradılmalıdır”, – deyə Ə.Əliyev bildirdi.

Qeyd etdi ki, rəqəmsal iqtisadiyyatın ölçülməsində istifadə olunan əsas indikatorlar sistemi və onun inkişaf səviyyəsinin qiymətləndirilməsi göstəricilər sistemi işlənilməli, onun qiymətləndirilmə üsulları təkmilləşdirilməlidir. İqtisadiyyatın rəqəmsallaşdırılması, müxtəlif sahələrdə rəqəmsal texnologiyaların tətbiqi və onun infrastrukturunun təkmilləşdirilməsi fonunda “ağıllı şəhər” və “ağıllı kənd”lərin müasir modellərinin idarə edilməsi ölkə qarşısında duran əsas prioritetlərin icrasına dəstəkdir. Bu, IV Sənaye inqilabının çağırışlarına müvafiq olaraq, yeni iqtisadi idarəetmə şəraitində regional və sektorial iqtisadiyyatın inkişafında əlavə imkanlar yarada bilər.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı